Bank Of Baku

Almaniya vətəndaşlar üçün vergiləri azaldır

Almaniya vətəndaşlar üçün vergiləri azaldır
# 07 noyabr 2011 15:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Almaniya hökuməti aşağı və orta səviyyəli gəlirlərə malik olan vətəndaşlar üçün vergiləri ümumi həcmdə 6 mlrd. avro azaltmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, vergilərin azaldılması iki mərhələdə həyata keçiriləcək ki, ilk mərhələ 2013-cü il yanvarın 1-dən başlayacaq və bu mərhələ çərçivəsində vergilərin həcmi 2 mlrd. avro azaldılacaq.

İkinci mərhələ bir il sonra start götürəcək və bu mərhələdə 4 mlrd. avro həcmində azalma olacaq. Almaniya kansleri Angela Merkelin sözlərinə görə, 2011-ci ildə vergilərin həcmi proqnozlardan 16,2 mlrd. avro çox olacaq.

Qeyd edək ki, Almaniya hökumətinin vergilərin azaldılması ilə bağlı planları yaxın vaxtlarda parlamentdə təsdiq olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR