Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası Mikromaliyyə Assosiasiyalarının Qlobal Sammitində iştirak edib

Azərbaycan Mikromaliyyə Assosiasiyası Mikromaliyyə Assosiasiyalarının Qlobal Sammitində iştirak edib
# 08 noyabr 2011 08:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin oktyabr ayının 30-dan noyabr ayının 5-dək Vaşinqtonda (ABŞ) keçirilən «Mikromaliyyə Assosiasiyalarının Qlobal Sammiti»ndə iştirak edib. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycanı bu tədbirdə təmsil edən AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

Onun sözlərinə görə, bir həftə davam edən sammitdə müştərilərin maraqlarının mühafizəsi, həmçinin müştərilərin artıq borclanması və mikromaliyyə sahəsində digər mövzular müzakirə edilib.

J. Hacıyeva bildirib ki, beynəlxalq tədbirdə müştərilərin maraqlarının mühafizəsi işi üzrə AMA və Filippin Mikromaliyyə Assosiasiyasına mükafat da təqdim edilib.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR