Bank Of Baku

“YapıKredi Bank Azerbaijan” son bir ildə aktivlərini 14% artırıb

“YapıKredi Bank Azerbaijan” son bir ildə aktivlərini 14% artırıb
# 08 noyabr 2011 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «YapıKredi Bank Azerbaijan»ın aktivlərinin həcmi 2011-ci ilin oktyabr ayının 1-nə 194,708 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 58% artaraq 102,262 mln. manata, depozit portfeli 6,2% genişlənərək 75,212 mln. manata, məcmu kapitalı 11% artaraq 55,243 mln. manata, o cümlədən nizamnamə kapitalı 21% artaraq 38,110 mln. manata çatıb.

Qeyd olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,4 dəfə artaraq 31 077-yə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə artaraq 29 146-ya, hüquqi şəxslərin sayı isə 8,8 dəfə artaraq 1 931-ə çatıb.

Bankın aktiv plastik kartlarının sayı 52% artaraq 6 649, o cümlədən debet kartlarının sayı 46% artaraq 4 182, kredit kartlarının sayı isə 63% artaraq 2 467 olub. Eyni zamanda, bankda çalışan işçilərin sayı 22% artaraq 168 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 10% artaraq 2 001 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR