Bank Of Baku

«Dəmirbank»ın xarici borcu 100 mln. dolları ötüb

«Dəmirbank»ın xarici borcu 100 mln. dolları ötüb
# 10 noyabr 2011 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin xarici borclarının həcmi bu ilin oktyabrın 1-nə 82,1 mln. manata çatıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Y.Cabbarovun sözlərinə görə, bankın xarici borcunun 20,9 mln. manatı Avropa Yenidənqurma və İnkişaf Bankı, qalanı isə Hollandiya Maliyyə İnkişaf Şirkəti (FMO), Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, «ResponsAbility Global» mikro-maliyyə təşkilatı, Almaniya-Azərbaycan Fondu, Almaniyanın DEG İnvestisiya şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam İnkişaf Korporasiyası, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər maliyyə qurumlarının payına düşür.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR