Bank Of Baku

Çinin ticarət balansının profisiti 17,2% artıb

Çinin ticarət balansının profisiti 17,2% artıb
# 10 noyabr 2011 08:43 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin oktyabr ayında Çinin ticarət balansının müsbət saldosu sentyabr ayı ilə müqayisədə 17,2% artaraq, 14,5 mlrd. dollardan 17 mlrd. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi açıqlama yayıb. Qeyd edək ki, sentyabrda Çinin ticarət balansının profisiti 18,6% azalıb.

Oktyabrda ixracın həcmi bir il əvvəlki göstərici ilə müqayisədə 15,9%, idxalın həcmi isə 28,7% artıb.

ABŞ, Avropa İttifaqı ölkələri və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) Çinin əsas ticarət tərəfdaşları olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR