Bank Of Baku

«Zamin Bank» son bir ildə kredit portfelini 45% artırıb

«Zamin Bank» son bir ildə kredit portfelini 45% artırıb
# 10 noyabr 2011 09:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin kredit portfeli 2011-ci il oktyabrın 1-nə 204,541 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 45% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 61% artaraq 63,382 mln. manat, vaxtı keçmiş kreditlər 4,609 mln. manat, ipoteka kreditlərinin həcmi isə 39,807 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 55% artaraq 71,314 mln. manat, o cümlədən müddətli depozitlər 60,008 mln. manat, tələb olunanadək depozitlər 11,305 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 50% artaraq 63,840 mln. manata çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 38 bankomatı və 1 891 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR