Bank Of Baku

Gürcüstan XİN Rusiyanın ÜTT-yə üzvlüyünə dair imzalanmış sazişin detallarını açıqlayıb

Gürcüstan XİN Rusiyanın ÜTT-yə üzvlüyünə dair imzalanmış sazişin detallarını açıqlayıb
# 10 noyabr 2011 14:13 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, XİN-in yaydığı açıqlamada qeyd olunur ki, bu il noyabrın 9-da Cenevrədə Rusiya və Gürcüstan arasında İsveçrənin vasitəçiliyi ilə Rusiyanın ÜTT-yə üzvlüyünə dair aparılan danışıqlar çərçivəsində sənədlər paketi imzalanıb.

“Birinci sənəd gömrük inzibatçılığı və ticarət dövriyyəsinin monitorinqi mexanizminin əsas prinsipləri haqqında Rusiya və Gürcüstan hökumətləri arasında sazişdir. Qarşılıqlı anlaşma haqqında memorandum İsveçrə hökumətinin neytral üçüncü tərəf kimi mövqeyini möhkəmləndirir, eyni zamanda beynəlxalq monitorların seçilməsi və onlara mandat verilməsi bu ölkəyə həvalə olunur. Rusiya, Gürcüstan və İsveçrənin imzaladığı üçüncü sənəddə isə bütün tərəflərin qəbul etdiyi beynəlxalq neytral özəl şirkətin fəaliyyət şərtləri müəyyənləşdirilir. Fəaliyyət şərtlərində beynəlxalq monitorinq üçün əlverişli şərait yaratmaq öhdəliyi götürülür. Rusiya və Gürcüstan vətəndaşları monitor ola bilməzlər”.

Gürcüstan XİN bəyan edir ki, sadalanan sənədlər paketindən başqa, Rusiya və Gürcüstan gömrük inzibatçılığı və ticarət dövriyyəsinin monitorinqi mexanizminin yaradılması haqqında razılığa gəliblər. Mexanizm beynəlxalq monitorinq və elektron məlumatların mübadiləsi sistemlərindən ibarət olacaq.

Xatırladaq ki, ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən Gürcüstanın vetosu Rusiyanın ÜTT-yə üzvlüyünü əngəlləyib. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrində gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarət olub. Moskva bu şərtə razılıq vermədiyi üçün Gürcüstan da Rusiyanın ÜTT-yə üzvlüyünə maneələr yaradıb.

Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR