Azərbaycanda yaradılacaq investisiya fondları ilə bağlı tələblər açıqlanıb
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, fondun aktivlərinin idarə edilməsini həyata keçirən şəxsin nizamnamə kapitalının minimum məbləği isə 125 min manat həcmində müəyyən edilib. Bununla yanaşı, idarəçinin idarəetməsində olan aktivlərin həcmindən asılı olaraq nizamnamə kapitalına qoyulan tələblər də artacaq. Belə ki, aktivlərin həcmi 10 mln. manatı keçdikdən sonra idarəçi bu məbləğdən artıq olan hər 200 min manata görə öz nizamnamə kapitalını artırılan məbləğin 0,625%-i qədər, yəni 1250 manat artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2 mln. manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur. Qaydalara əsasən, investisiya fondunun idarə edilməsi ilə bağlı xərclər illik olaraq fondun aktivlərinin 5%-dən artıq ola bilməz.
Qaydalara görə, Azərbaycanda investisiya fondları aktivlərin tərkibinə əsasən bir neçə qrupa bölünür. Bu, borc alətləri, səhm, qarışıq, daşınmaz əmlak və indeks investisiya fondlarıdır. Fəaliyyət formasına görə isə paylı investisiya fondu açıq, interval və ya qapalı formada yaradılır. Açıq investisiya fondları paylarının satışını və geri satın alınmasını həftədə bir dəfə, interval İF-lər ildə bir dəfə, qapalı İF-lər isə fondun fəaliyyət müddəti başa çatandan sonra həyata keçirə bilərlər.
Qaydalara əsasən, investisiya fondlarının portfelinə digər alətlərlə yanaşı, yalnız İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrin birjalarındakı alətlər daxil ola bilər.
İnvestisiya fondlarının aktivlərinin strukturuna dair tələblərə əsasən, ümumilikdə İF-lərin vəsaitlərinin azı 25%-i ölkə ərazisində yerləşdirilməlidir. Ayrı-ayrı investisiya fondlarının aktivləri ilə bağlı tələblər fərqlidir. Ümumi tələblərə görə, bir emitentin istiqrazlarının həcmi fondun aktivlərinin 10%-dən artıq olmamalı, eləcə də fond emitentin bir istiqraz buraxılışının 50%-dən artıq hissəsinə sahib olmamalıdır.
Səhm investisiya fondunun aktivlərinin 70%-ə qədəri Azərbaycandan kənarda fəaliyyət göstərən fond birjalarında listinqdən keçmiş səhmlərə yatırıla bilər. Qaydalara görə, investisiya fondlarının səhmləri investorlara satılmazdan əvvəl investorlara risklər haqqında xəbərdarlıq edilməlidir. İnvestorlar İF-lərə pul yatırmazdan əvvəl «Risklər haqqında Xəbərdarlıq» sənədini imzalamalıdır. Sənəddə hökmən bu cümlələr olmalıdır: «İnvestisiya fondlarına kapital qoyuluşu təminatlı gəlirlər vəd etmir. Sizin ilkin kapitalınızın və sonradan əldə etdiyiniz gəlirinizin, fonddan çıxdığınız zaman xalis aktivlərin bir paya/səhmə düşən miqdarından asılı olaraq, bir hissəsi və ya hamısı itirilə bilər».
Bu qaydalarla yanaşı, «Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaları», «İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında Qaydalar», «İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və acıqlanması Qaydaları» da təsdiqlənib.
Maliyyə
İranda banklara növbəti kiberhücum olub
Azərbaycanda yeni BOKT yaradılıb
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Xəbər Lenti
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb
Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
Azercell və "Samsung"dan yeni kampaniya!
Prezident bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib
İranda banklara növbəti kiberhücum olub
"Bloomberg": Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Prezident İlham Əliyevin sosial media hesabında Şuşada uşaqlarla görüş barədə paylaşım edilib - VİDEO
İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında memorandum imzalanıb
Azərbaycanda yeni BOKT yaradılıb
Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası işləri müzakirə olunub
"Politico": Ursula von der Leyen yenidən Ermənistana səfər edəcək
Tramp: Dünən Hörmüz boğazından 19 milyon barel neft daşınıb, bu, rekorddur
FHN DGK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - VİDEO
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə reabilitasiya xidməti göstərilib
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Tramp İranın nüvə obyektlərinin yoxlanılmasına tam razılıq verdiyini bildirib
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Rusiya Gürcüstanın Milli Qəhrəmanının ölümünə görə kompensasiya ödəməli olacaq
Sabah bütün sosial yardımlar ödəniləcək
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər