Bank Of Baku

BVF rəhbəri inkişaf etməkdə olan ölkələri milli valyutalarının kurslarını yüksəltməyə çağırıb

BVF rəhbəri inkişaf etməkdə olan ölkələri milli valyutalarının kurslarını yüksəltməyə çağırıb
# 10 noyabr 2011 14:42 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard inkişaf etməkdə olan ölkələri milli valyutalarının kurslarını yüksəltməyə çağırıb. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu bəyanatı o, səfərdə olduğu Çində səsləndirib.

BVF rəhbəri qeyd edib ki, inkişaf etməkdə olan ölkələr milli valyutalarının kurslarını məqbul səviyyəyə çatdırmalıdırlar. Onun sözlərinə görə, əgər dövlətlər valyutalarının kurslarını qaldırsalar, bu, dünya iqtisadiyyatındakı tendensiyalara müsbət təsir edəcək, eləcə də inkişaf etməkdə olan ölkələrin iqtisadi artımının strukturunu dəyişəcək.

K.Laqard ümidvar olduğunu bildirib ki, Çin yuanın kursunun artırılmasını zəruri sayan ABŞ və Avropadan olan siyasətçilərin tələblərini qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR