Bank Of Baku

Azərbaycanda yaşa görə əmək pensiyasının baza hissəsi 35% artırılacaq

Azərbaycanda yaşa görə əmək pensiyasının baza hissəsi 35% artırılacaq
# 10 noyabr 2011 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2015-ci ilədək yaşa görə əmək pensiyasının baza hissəsi bu ilə nisbətən 35,3% artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinə baxılması üçün təqdim edilən 2012-ci il üçün dövlət büdcəsinin layihəsində bildirilir.

Layihədə qeyd olunub ki, 2011-ci il üçün ölkədə yaşa görə əmək pensiyasının baza hissəsinin həcmi 85 manat həcmində təsdiq edilib və 2012-ci ildə bu göstəricinin dəyişməyəcəyi gözlənilir.

Lakin artıq 2013-cü ildə pensiyanın baza hissəsi 23,5% artırılaraq 105 manata, 2014-cü ildə 2011-ci və 2012-ci ilə nisbətən 29,4%, 2015-ci ildə isə 35,3% artırılaraq 115 manata çatacağı proqnozlaşdırılır.

Göründüyü kimi, növbəti 4 il ərzində yaşa görə əmək pensiyasının baza hissəsinin orta illik artım tempinin 8,8% təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR