Bank Of Baku

“Walt Disney” şirkətinin xalis mənfəəti 21% artıb

“Walt Disney” şirkətinin xalis mənfəəti 21% artıb
# 11 noyabr 2011 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. “Walt Disney” şirkətinin xalis mənfəəti oktyabrın 1-də başa çatmış cari maliyyə ilində 21% artaraq 4,807 mlrd. dollara çatıb.

APA-Economics”in xəbərinə görə, şirkətin açıqladığı maliyyə hesabatında bildirilir ki, ötən ilin müvafiq dövründə bu göstərici 3,963 mlrd. dolar olub.

Hesabat dövründə şirkətin gəliri 7% artaraq 389,063 mlrd. dollardan 40,893 mlrd. dollara yüksəlib.

“Walt Disney”in əməliyyat mənfəəti 8,825 mlrd. dollar təşkil edib ki, bu da ötən ilki göstəricidən (7,586 mlrd. dollar) 16% çoxdur.

Qeyd edək ki, “Walt Disney Co” dünya əyləncə sənayesinin nəhəng şirkətlərindən biridir. 1923-cü ildə animasiya studiyası kimi yaradılan şirkətə hazırda bu studiyadan başqa 11 tematik park, 2 akvapark, bir neçə radiostansiya və telekanal daxildir. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının Berbank şəhərində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR