Bank Of Baku

Macarıstan Azərbaycanla qarşılıqlı investisiya qoyuluşlarına maraq göstərir

Macarıstan Azərbaycanla qarşılıqlı investisiya qoyuluşlarına maraq göstərir
# 11 noyabr 2011 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Macarıstan Azərbaycan tərəfinə qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsini təklif edib. Bu barədə «APA-Economics»ə hazırda Azərbaycanda səfərdə olan Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad məlumat verib.

Onun sözlərinə görə, Macarıstan nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında ticarət, mədəniyyət, təhsil, idman və s. sahələrdə əməkdaşlığı daha intensiv inkişaf etdirməyə təkan verəcək: «Biz Azərbaycan tərəfi ilə əməkdaşlıq edə biləcəyimiz sahələrə diqqət yetirmişik, bura kənd təsərrüfatı, sənaye, təhsil, energetika, elm, İKT kimi sahələr daxildir».

İki ölkə arasında ticarət dövriyyəsinin həcminə gəldikdə isə macarıstanlı nazir bu göstəricinin həddən artıq az olduğunu bildirib: «Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 80 mln. ABŞ dollarından azdır. Bunun da əsas hissəsi Macarıstandan Azərbaycana ixrac olunan malların payına düşür ki, bu da ticarət dövriyyəsinin 99%-ni təşkil edir. Biz iki ölkə arasında nəinki ticarət dövriyyəsini artırmaq, həmçinin qarşılıqlı investisiya qoyuluşunu təşkil etmək niyyətindəyik».

Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri olan R.Nad onu da bildirib ki, komissiyanın növbəti, III iclasının bir ildən sonra Budapeştdə keçiriləcəyi nəzərdə tutulub: «Ümid edirəm ki, bir ildən sonra iki ölkə arasında əməkdaşlıq kifayət qədər genişlənəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR