Bank Of Baku

Avropadakı iqtisadi böhran Azərbaycan Dövlət Neft Şirkətinin istiqraz emissiyası ilə bağlı planlarına təsir edə bilər

Avropadakı iqtisadi böhran Azərbaycan Dövlət Neft Şirkətinin istiqraz emissiyası ilə bağlı planlarına təsir edə bilər
# 11 noyabr 2011 12:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Avropada yaranmış iqtisadi vəziyyətlə əlaqədar olaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) korporativ istiqrazların buraxılması prosesi daha ehtiyatla yanaşacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Hazırda ARDNŞ mütəxəssislərinin şirkətin bondlarının buraxılması ilə bağlı Avropa bankları ilə danışıqlar apardığını deyən şirkət rəhbəri qeyd edib ki, ARDNŞ ilin sonunadək bondları buraxmaq niyyətindədir: «Amma Avropada böyük böhran var və böhran vaxtı borc götürmək də məqsədə uyğun deyil».

R.Abdullayev bir daha xatırladıb ki, ARDNŞ ilin sonunadək 500 mln. dollarlıq avrobond emissiyası həyata keçirmək niyyətindədir. Amma bu addım şirkətə beynəlxalq reytinqin alınması üçün lazımdır: «Ümumiyyətlə, biz iri investisiya layihələrində istifadə etmək üçün bondlar buraxmaq niyyətindəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR