Bank Of Baku

Azərbaycanın istehlak bazarı son bir ildə 9,6% artıb

Azərbaycanın istehlak bazarı son bir ildə 9,6% artıb
# 12 noyabr 2011 07:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət və xidmət şəbəkələrində istehlakçılara 17,3 mlrd. manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb və xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istehlak bazarı üzrə real artımın 75,2%-i pərakəndə ticarət, 5,2%-i iaşə fəaliyyəti, 19,6%-i isə pullu xidmətlərin hesabına təmin edilib.

«Cari ilin on ayında pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,4% artaraq 13,1 mlrd. manata, pullu xidmətlərin həcmi 7,4% artaraq 4,2 mlrd. manata bərabər olub», - deyə Komitədən bildirilib.

Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99,1%-i özəl sektorun fəaliyyəti sayəsində yaranıb: «Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 10,3% üstələyərək 16,1 mlrd. manat təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR