Bank Of Baku

Azərbaycan Hesablama Palatası gələn ilin dövlət büdcəsinə rəy verib

Azərbaycan Hesablama Palatası gələn ilin dövlət büdcəsinə rəy verib
# 14 noyabr 2011 07:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Hesablama Palatasının 2012-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı rəyi Milli Məclisdə müzakirə olunacaq. «APA-Economics»in məlumatına görə, bununla bağlı qərar Palatanın ötən həftənin sonunda keçirilən kollegiya iclasında qəbul edilib.

«İclasda «Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında» qanun layihəsinə Hesablama Palatasının Rəyi» müzakirə olunub və Rəyin qanunvericiliyə uyğun olaraq Milli Məclisdə müzakirəyə tövsiyə olunması barədə qərar qəbul edilib», - deyə məlumatda bildirilir.

Həmçinin, kollegiya iclasında «Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğunun, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən «Təhsil» bölməsi üzrə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin auditləri barədə Hesabat və Rəylər müzakirə olunaraq təsdiqlənib. Qəbul olunmuş qərarlar barədə Milli Məclisə məlumatın verilməsi qərara alınıb. İclasda Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, habelə digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair Audit Proqramı da təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR