Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini kəskin artırıb

Azərbaycan Beynəlxalq Bankı son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini kəskin artırıb
# 14 noyabr 2011 08:50 (UTC +04:00)
ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22% azalaraq 3 064,096 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 1,9% artaraq 384,104 mln. manat, depozit portfeli 10,9% azalaraq 2 241,737 mln. manat, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 81% artaraq 866,847 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı 1% artaraq 503,027 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 240 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 63% azalaraq 103,893 mln. manat, xərcləri isə 48% azalaraq 96,840 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 82% azalaraq 7,053 mln. manata çatıb.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari il oktyabrın 1-nə bankın 37 filialı, 623 bankomatı və 3 668 POS- terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR