Bank Of Baku

«Günaybank»ın mənfəəti son bir ildə 11% artıb

«Günaybank»ın mənfəəti son bir ildə 11% artıb
# 14 noyabr 2011 11:04 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günaybank» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 36,404 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 15,8% azalaraq 26,802 mln. manata, depozit portfeli isə 28% artaraq 9,197 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın məcmu kapitalı 14% azalaraq 11,710 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,024 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 3,3 dəfə artaraq 4,283 mln. manat, xərcləri isə 0,8% artaraq 3,170 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 11% artaraq 1,113 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR