Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bu il 500 mln. dollarlıq valyuta sterilizasiyası həyata keçirilib

Azərbaycan Mərkəzi Bankı bu il 500 mln. dollarlıq valyuta sterilizasiyası həyata keçirilib
# 14 noyabr 2011 11:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin yanvar-sentyabr ayları üzrə Pul siyasəti İcmalında deyilir.

İcmala əsasən, 2011-ci ilin əvvəlindən Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməyə başlayıb. Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı, bu mexanizm həm də AMB-nin uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır.

Ölkənin tədiyyə balansında iri həcmli profisit, neft gəlirlərindən iqtisadi inkişaf məqsədləri üçün istifadəsi nəticəsində manatın məzənnəsinin möhkəmlənməsi müşahidə olunub. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən valyuta sterilizasiyası həyata keçirir.

Nəticədə, hesabat dövründə manatın dollara qarşı məzənnəsi cəmi 1,4% möhkəmlənib. Milli valyutanın məzənnəsinin sabitliyi dövr ərzində ölkədə makroiqtisadi və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

Dövr ərzində manatın nominal məzənnəsi ticarət tərəfdaşı olan bəzi ölkələrin valyutalarına nisbətən ucuzlaşdığı halda, digər ölkələrin valyutalarına nisbətən möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin də dəyişməsinə təsir göstərib. Yanvar-sentyabr aylarında manat bəzi ölkələrin (Avrozona, Gürcüstan, Yaponiya, Çin, Cənubi Koreya) valyutalarına nisbətən həm nominal, həm də real olaraq ucuzlaşıb. Eyni zamanda, ABŞ, Böyük Britaniya, Türkiyə, Ukrayna, İsrail, Belarus kimi ölkələrin valyutalarına nisbətən isə manat nominal və real olaraq bahalaşıb.

Hesabat dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 3,4% bahalaşıb. Tərəfdaş ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə 1,5 faiz bəndi azaldıcı təsir göstərib. Nəticədə, manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi dövr ərzində cəmi 1,9% bahalaşıb.

Beləliklə, hesabat dövründə valyuta bazarı əsasən özünütənzimləmə rejimində fəaliyyət
göstərib, manatın ikitərəfli məzənnəsi sabit qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR