Bank Of Baku

«Bank VTB Azerbaijan» plastik kart sifarişlərini yeni prosessinq mərkəzinə verəcək

«Bank VTB Azerbaijan» plastik kart sifarişlərini yeni prosessinq mərkəzinə verəcək
# 14 noyabr 2011 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank VTB Azerbaijan» ASC-nin əsas səhmdarı olan Rusiya «VTB Group»u 2012-ci ilin əvvəlində «Multi Kart» Prosessinq Mərkəzi yaradacaq. Bunu «APA-Economics»ə açıqlamasında «Bank VTB Azerbaijan»ın İdarə Heyətinin üzvü Şahin Mirzəyev bildirib.

Ş.Mirzəyevin sözlərinə görə, bu mərkəzin təsisçisi Rusiyanın «VTB Bank»ı olacaq və «VTB Bank»ın bütün törəmə təşkilatları plastik kartların sifarişlərini bu mərkəzə təqdim edəcək.

Ş.Mirzəyev bildirib ki, «Bank VTB Azerbaijan» mərkəzə ilkin olaraq «Visa» kartlarının ilk emissiyasının sifarişini planlaşdırır. Strateji plana uyğun olaraq, növbəti mərhələdə «MasterCard» sisteminə aid kartların emissiyası nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə lisenziya 2009-cu ilin martında verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR