Bank Of Baku

Yaponiyada zəlzələdən sonra ilk dəfə olaraq iqtisadi artım qeydə alınıb

Yaponiyada zəlzələdən sonra ilk dəfə olaraq iqtisadi artım qeydə alınıb
# 14 noyabr 2011 12:42 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyada 11 mart zəlzələsindən sonra ilk dəfə olaraq cari ilin III rübündə iqtisadi artım qeydə alınıb.

APA-Economics”in “Kyodo”ya istinadən xəbərinə görə, illik müqayisədə Yaponiya iqtisadiyyatında 6% artım baş verib.

Bununla belə, iqtisadçılar IV rübdə Yaponiya iqtisadiyyatında azalma proqnozlaşdırırlar. Onların fikrincə, Tailandda baş verən daşqınlar, yenin möhkəmlənməsi və Avropadakı borc böhranı azalmaya səbəb olacaq.

Qeyd edək ki, bu il martın 11-də baş verən zəlzələ və sunami Yaponiyaya 210 mlrd. dollar zərər vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR