Bank Of Baku

Azərbaycan bank sektorunun məcmu aktivləri 10% artıb

Azərbaycan bank sektorunun məcmu aktivləri 10% artıb
# 14 noyabr 2011 13:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sektorunun məcmu aktivləri 2011-ci il oktyabr ayının 1-nə 13 567,6 mln. manata çatıb ki, bunun da 68%-ni kreditlər təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən yanvar-sentyabr ayları üzrə hazırlanmış «Maliyyə sabitliyi İcmal»ında deyilir.

İcmala əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bank aktivləri 1 217,1 mln. manat və ya 9,9% artıb. Kredit portfeli isə son bir ildə 7,7% artaraq 9 426,6 mln. manat təşkil edib.

Bankların depozit bazası yanvar-sentyabr ayları ərzində 14,6% artıb. O cümlədən, fiziki şəxslərin əmanətləri 19,6% artaraq sentyabrın sonuna 3 622,4 mln. manata çatıb. Bank sisteminin məcmu kapitalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artaraq 2 052 mln. manata çatıb. İlin əvvəlinə nisbətən isə məcmu kapital 8,2% artıb.

Cari ilin 9 ayı ərzində bank sistemində təmərküzləşmə səviyyəsinin azalması prosesi davam edib. İri bankların (aktivlərin həcminə görə ilk 5 bank) sistem üzrə aktivlərdə payı 60,7%-dən 58%-ə, iqtisadiyyata kredit qoyuluşunda payı isə 60,9%-dən 57,5%-ə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR