Bank Of Baku

Azərbaycan prezidenti Latviyanın iqtisadiyyat nazirini qəbul edib

Azərbaycan prezidenti Latviyanın iqtisadiyyat nazirini qəbul edib
# 14 noyabr 2011 13:58 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 14-də Latviyanın iqtisadiyyat naziri Daniels Pavlutsu qəbul edib. “APA-Economics”-in məlumatına görə, D. Pavluts Latviyanın yeni hökumətinin ilk nümayəndəsi kimi Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, təmsil etdiyi yeni hökumətin Azərbaycanla əməkdaşlığı bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Son illər ölkələr arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan latviyalı nazir əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Dövlət başçısı Azərbaycanın Latviya ilə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. Dövlət başçılarının uğurlu qarşılıqlı səfərlərinin yaxşı nəticələr verdiyini vurğulayan prezident İ. Əliyev son illər münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirib. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən olunmuş istiqamətlər üzrə, xüsusilə ticarət sahəsində bir çox investisiya layihələrinin müzakirə edildiyini deyən dövlət başçısı Latviyanın yeni hökuməti ilə də uğurlu əməkdaşlığa ümidvar olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR