Bank Of Baku

İcmal: Bu il Azərbaycanda inflyasiyanın artımı əsasən xarici amillərdən qaynaqlanıb

İcmal: Bu il Azərbaycanda inflyasiyanın artımı əsasən xarici amillərdən qaynaqlanıb
# 14 noyabr 2011 14:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-sentyabr ayları üzrə Pul siyasəti İcmalında deyilir.

İcmalda bildirilir ki, cari ilin sentyabr ayında qiymətlərin ilin əvvəlindən 3,5%, ötən ilin müvafiq dövrünə nisbətən isə 7,7% artması əsasən beynəlxalq əmtəə bazarlarında qiymətlərin, xüsusilə ərzaq qiymətlərinin artımından təsirlənib. Orta illik inflyasiya 8,4% təşkil edib və bunun 6,3 faiz bəndi ərzaq məhsulları, 0,7 faiz bəndi qeyri-ərzaq malları və 1,5 faiz bəndi xidmətlərin bahalaşması ilə əlaqədar olub. Ümumilikdə, ərzaq malları üzrə orta illik inflyasiya 11,4%, qeyri-ərzaq malları üzrə orta illik inflyasiya 2,8%, xidmətlər üzrə isə bu göstərici 4,5% olub. «Beləliklə, inflyasiyanın dekompozisiyası üzrə təhlili onu göstərir ki, cari ilin ilk 9 ayında qiymətlər əsasən ərzaq mallarının qiymət dinamikası hesabına yüksəlib. Belə ki, inflyasiyanın ¾-ü ərzaq inflyasiyasının payına düşür. Ərzaq qiymətlərinin artımında əsas amil dənli bitkilərin, heyvan və heyvandarlıq məhsullarının qiymətlərinin artımı olub», - deyə İcmalda bildirilir.

Sənəddə qeyd edilir ki, 2011-ci ilin III rübünün sonuna dünya bazarında ərzaq qiymətləri son aylardakı pik səviyyədən aşağı düşüb. Lakin Beynəlxalq Valyuta Fondunun 2011-ci il üçün ərzaq qiymətləri indeksi 2010-cu ilin eyni dövrü üçün olan indeksdən 20% yüksəkdir və son 10 ildə olan orta real qiyməti əhəmiyyətli səviyyədə üstələyir.

İnkişaf etmiş ölkələrin inflyasiya səbətində ərzağın payı 17% təşkil etdiyi halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici 31%-dir. Ərzağın inflyasiya səbətində yüksək payı onu göstərir ki, bu ölkələrin iqtisadiyyatlarına ərzaq qiymətlərində şokların güclü təsiri olacaq. Belə ki, 2008-ci ilin göstəricilərinə əsasən, ərzaq qiymətlərinin inkişaf etməkdə olan ölkələrin ümumi inflyasiyasına 5 faiz bəndi, inkişaf etmiş ölkələrdə isə yalnız 1% ətrafında təsiri olub. Son dövrlərdə isə bu pay inkişaf etməkdə olan ölkələr üçün 2%, inkişaf etməkdə olan ölkələr üçün isə 0,5% olub.

AMB-nin hesablamalarına görə, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində pul təklifinin tədricən artması, tərəfdaş ölkələrdə inflyasiya və mövsümi amillər qiymətlərə artırıcı, nominal effektiv məzənnənin dəyişkənliyi isə azaldıcı təsir göstərib. Ənənəvi olaraq yay aylarındakı azaldıcı təsirin ardınca mövsümi amillər yenidən inflyasiyaya artırıcı təsir göstərməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR