Bank Of Baku

Azərbaycandakı bankların məcmu öhdəlikləri 10% artıb

Azərbaycandakı bankların məcmu öhdəlikləri 10% artıb
# 14 noyabr 2011 14:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən yanvar-sentyabr ayları üzrə hazırlanmış «Maliyyə sabitliyi İcmal»ında deyilir.

Ənənəvi olaraq, bankların maliyyə resurslarının əsas mənbəyi hüquqi və fiziki şəxslərdən cəlb olunmuş depozit və əmanətlər olub. Cari ilin 9 ayı ərzində bankların ümumi depozit bazası (maliyyə və qeyri-maliyyə sektorlarının vəsaitləri daxil olmaqla) 14,6% artaraq 8 740,6 mln. manata çatıb və cəmi öhdəliklərin 77,9%-ni (2010-cu il oktyabrın 1-nə 65,9% olub) təşkil edib.

İcmalda bildirilir ki, depozit bazasının mütləq artımı ilə yanaşı onun keyfiyyətində də müsbət dəyişikliklər baş verib. Belə ki, müddətli depozitlər tələbli depozitlərlə müqayisədə daha sürətlə artıb. Hesabat dövründə cari hesablara yerləşdirilmiş depozitlər 3,4% artdığı halda, müddətli depozitlər 21,6% artıb. Ümumi depozitlərdə müddətli depozitlərin payı 65,4% olub.

Hüquqi şəxslərin depozitlərinin həcmi 6,9% artaraq dövrün sonuna 2 587,8 mln. manat təşkil edib. İllik əsasda hüquqi şəxslərin depozitləri 35% artıb və bank depozitlərinin 29,7%-ni təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində əhalinin əmanətləri 19,6% artaraq 3 622,4 mln. manata çatıb. Son bir ildə isə əmanətlər 29,5% artıb. Əhalinin əmanətlərinin ümumi bank öhdəliklərində payı dövrün sonuna 32,3% (2010-cu il oktyabrın 1-nə 27,4% olub) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR