Bank Of Baku

Noyabrın sonunda sığortaçılar üçün növbəti test imtahanı keçiriləcək

Noyabrın sonunda sığortaçılar üçün növbəti test imtahanı keçiriləcək
# 15 noyabr 2011 08:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən noyabr ayının 29-da sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər noyabrın 25-dək DSNX ilə əlaqə saxlayaraq adı, soyadı və atasının adı və təyin olunacağı vəzifəsi göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR