Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti Azərbaycan Mərkəzi Bankının keçirdiyi tenderin qalibi elan olunub

«Azərbaycan Sənaye Sığorta» şirkəti Azərbaycan Mərkəzi Bankının keçirdiyi tenderin qalibi elan olunub
# 15 noyabr 2011 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanmasına dair keçirilən tenderin nəticələri açıqlanıb.

«APA-Economics»in məlumatına görə, tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən, Tender Komissiyasının qərarı ilə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə «Azərbaycan Sənaye Sığorta» ASC tenderin qalibi elan edilib və şirkətlə müvafiq sığorta müqaviləsi bağlanılıb.

Xatırladaq ki, şirkətin səhmdarları «Azərbaycan Sənaye Bankı» ASC (50%) və «Anadolu Investment Company» MMC-dir (50%). Cari il noyabrın 1-nə şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edir. Şirkət müştərilərə 28 könüllü və 5 icbari növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR