Bank Of Baku

İcmal: Bu il Azərbaycanda inflyasiya amillərinin preventiv rejimdə tənzimlənməsi yenidən aktuallaşıb

İcmal: Bu il Azərbaycanda inflyasiya amillərinin preventiv rejimdə tənzimlənməsi yenidən aktuallaşıb
# 15 noyabr 2011 10:37 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yanvar-sentyabr ayları üzrə hazırlanmış Pul siyasəti İcmalında deyilir.

İcmala əsasən, bu amilləri nəzərə alaraq Mərkəzi Bank cari ildə antiinflyasiya xarakterli siyasət həyata keçirib. Qeyd edilir ki, il ərzində inflyasiyanın gücləndiyini nəzərə alaraq dünyanın bir sıra ölkələri pul siyasətini sərtləşdirməyə başlayıb. Nəticədə, təkcə son 4 ayda 38 ölkədə pul siyasəti sərtləşdirilib.

AMB tərəfindən pul siyasəti alətlərinin parametrlərinə dair qərar qəbul edilərkən 30-a yaxın tsikl göstəricisinin təhlili nəzərə alınır. Bura qabaqlayıcı, faza içi və gecikən tsikl göstəriciləri aiddir. Cari ilin ilk 9 ayında Mərkəzi Bank tərəfindən daim təhlil olunan tsikl göstəriciləri arasında pul siyasətinin korreksiyası lehinə olan göstəricilərin sayı artıb.

Bu prosesi, habelə məcmu tələbin canlanmasını, inflyasiya amillərini və tədiyyə balansının proqnozlarını nəzərə alaraq, Mərkəzi Bank mart ayının 1-dən uçot dərəcəsinin 3%-dən 5%-ə, mayın 6-dan etibarən 5,25%-ə qaldırılmasına dair qərar qəbul edib. Bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına da yönəldilib. Müəyyən edilmiş pul siyasəti istiqamətinə uyğun olaraq sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi çərçivəsində yanvar-sentyabr ayları ərzində 987 mln. manat məbləğində not emissiya olunub. Nəticədə, 617 mln. manatlıq not hərraclara çıxarılıb və bundan 519,7 mln. manatı yerləşdirilib.

İcmalda deyilir ki, 2011-ci ilin 9 ayında pul təklifi iqtisadiyyatın tələbinə adekvat surətdə dəyişib və eyni zamanda mövsümi amillərdən təsirlənib. Əvvəlki illərdə olduğu kimi cari ildə də III rübün sonuna doğru pul kütləsinin artımı sürətlənib. Dövr ərzində pul bazasının artımı 12,7%, geniş pul kütləsi (M3) üzrə 20%, manatla geniş pul kütləsi (M2) üzrə isə 16% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR