Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi: Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə şəhadətnamələrin satışı müvəqqəti dayandırılıb

Azərbaycan Maliyyə Nazirliyi: Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə şəhadətnamələrin satışı müvəqqəti dayandırılıb
# 15 noyabr 2011 12:49 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında DSNX-nin şöbə müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayev sözlərinə görə, «İcbari sığortalar haqqında» yeni qanun iyunun 24-də parlament tərəfindən təsdiq olunub və sentyabrın 15-də dövlət başçısı bu qanunun tətbiqi ilə bağlı fərman imzalayıb. «Bununla əlaqədar əvvəlki qanun qüvvədən düşmüş hesab olunur. Məhz buna görə də DSNX tərəfindən bu ilin oktyabr ayının 18-dən bütün sığorta şirkətlərinə bu növ üzrə sığorta şəhadətnamələrinin satışının dayandırılması tələb olunub», - deyə şöbə müdiri bildirib.

M.Abdullayev qeyd edib ki, «İcbari sığortalar haqqında» yeni qanunla bağlı müəyyən normativ aktlar təsdiqləndikdən sonra bu qanunun icrasına başlanacaq: «Həmin qanun üzrə alt qaydalar hazırlanıb və müvafiq dövlət qurumuna təqdim edilib. Normativ aktların nə vaxt təsdiqlənəcəyi isə hələlik bilinmir».

M.Abdullyev həmçinin bildirib ki, oktyabrın 18-dən sonra «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta şəhadətnaməsi satan hər bir şirkət barəsində DSNX tərəfindən ciddi ölçü götürüləcək: «Həmin tarixdən şəhadətnamələrin satışı bir qayda olaraq dayandırılıb və qeyd olunan tarixdən sonra verilən şəhadətnamələr etibarsız sayılır».

Sürücülərin avtomobillərini texniki baxışdan keçirərkən və ya postlarda yoxlamalar zamanı Dövlət Yol Polisi (DYP) tərəfindən icbari sığorta şəhadətnaməsinin tələb olunması məsələsini isə M.Abdullayev belə izah edib: «Ümumiyyətlə, köhnə qanunun qüvvədən düşməsi, yeni qanunun icra mexanizminin hələlik təsdiq olunmaması müəyyən boşluqlar yaradır. DYP əməkdaşları bu haqda məlumatlı olmalıdır. Yeni qanun üzrə normativ aktlar qəbul edildikdən sonra sürücülərdən icbari sığorta şəhadətnaməsi tələb oluna bilər».

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hələlik Tarif Şurası tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta haqlarının məbləği müəyyənləşdirilmədiyi üçün oktyabrın 18-dək sığorta müqaviləsinin müddəti bitən sürücülərdən müvəqqəti olaraq yeni sığorta şəhadətnaməsi tələb olunmur. Artıq bununla bağlı bütün DYP əməkdaşlarına da tapşırıq verilib».

Qeyd edək ki, hazırda qüvvədə olan köhnə sığorta şəhadətnamələri üzrə öhdəliklər sığorta şirkətləri tərəfindən tam icra olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR