Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın kredit portfeli son bir ildə 75% artıb

«Azərbaycan Sənaye Bankı»nın kredit portfeli son bir ildə 75% artıb
# 15 noyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin kredit portfelinin həcmi 2011-ci il oktyabrın 1-nə 129,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 75% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 2,2 dəfə artaraq 78,673 mln. manata, ipoteka kreditlərinin həcmi (Azərbaycan İpoteka Fondunun xətti ilə) isə 10,4% azalaraq 573,86 min manata çatıb.

Bu müddət ərzində bankın depozit portfeli 49% genişlənərək 94,523 mln. manat, o cümlədən müddətli depozitlər 73,2% artaraq 80,846 mln. manat, tələb olunanadək depozitlər 2,4 dəfə artaraq 40,273 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 24% azalaraq 8,474 mln. manat olub.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» ASC 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 9 filialı, 32 bankomatı və 330 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR