Bank Of Baku

Yunanıstan iqtisadiyyatı daha 5% azalıb

Yunanıstan iqtisadiyyatı daha 5% azalıb
# 15 noyabr 2011 14:30 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin III rübündə Yunanıstan iqtisadiyyatı illik müqayisədə 5,2% azalıb. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə ölkənin statistika qurumu açıqlama yayıb.

İlin sonunda iqtisadi azalmanın 5,5% təşkil edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Yunanıstanda böhran artıq 3-cü ildir davam edir. 2009-cu ildə iqtisadi azalma 2,3%, 2010-cu ildə 4,3% təşkil edib.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR