Bank Of Baku

«Qala Həyat» sığorta şirkəti nizamnamə kapitalını artırır

«Qala Həyat» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 15 noyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar Dövlət Komitəsi (QKDK) «Qala Həyat» sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 243 manat, sayı 3,5 min ədəd, emissiyanın ümumi həcmi isə 4 350 500 manat təşkil edir. Emissiya «Qala Həyat» ASC-nin bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 000 manat olan 3,5 min ədəd və 3,5 mln. manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra şirkətinin nizamnamə kapitalı 24,3% artaraq 4 350 500 manata çatacaq.

Xatırladaq ki, 2008-ci ildən fəaliyyət göstərən «Qala Sığorta» şirkəti 2010-cu ilin noyabr ayının 30-da adını «Qala Həyat» ASC-yə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe Təkrarsığorta» şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir. Cari il noyabrın 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR