Bank Of Baku

BVF: Çin banklarının sabitliyi təhlükə altındadır

BVF: Çin banklarının sabitliyi təhlükə altındadır
# 15 noyabr 2011 15:13 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olan Çinin maliyyə sistemində islahatlar aparılmasa, ciddi problemlər yarana bilər. “APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu xəbərdarlıqla Beynəlxalq Valyuta Fondu (BVF) çıxış edib.

BVF bəyan edir ki, Çin bankları ayrı-ayrı şok hadisələrə qarşı kifayət qədər dayanıqlıdırlar: “Lakin kreditlərin, əmlak bazarının və valyuta risklərinin birgə təsiri onları zəiflədə bilər”.

Heabatı hazırlayan komissiyanın rəhbəri Conatan Fitçer qeyd edib ki, Çinin bank və maliyyə sektoru kifayət qədər sabit olsa da, onların zəif yerləri də var: “Hökumət bu yerlərə diqqət yetirməlidir ki, bankların sabitliyi təhlükə altına düşməsin”.

BVF Çin hökumətinə islahatlar həyata keçirməyi, bank sistemində öz rolunu azaltmağı tövsiyə edir: “İndiki sistem investisiyaların artımını həddən artıq aktiv şəkildə təşviq edir”.

Qeyd edək ki, BVF-nin hesabatı Dünya Bankı ilə birlikdə hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR