Bank Of Baku

Azərbaycanda məcmu vergi borcları 1,8 mlrd. manata çatıb

Azərbaycanda məcmu vergi borcları 1,8 mlrd. manata çatıb
# 16 noyabr 2011 10:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin komitələrində 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsində vergilər nazirinin müavini Natiq Əmirov bildirib.

N.Əmirovun sözlərinə görə, dövlət sektoruna aid borcların 80%-i kommunal sektora aiddir. Özəl sektora aid borcların isə yarısı 2008-ci ilə olan borclardır.

N.Əmirov bildirib ki, ümumilikdə vergi orqanları tərəfindən hesablanmış faizlər vergi borcu sayılmır: «Bunlar mübahisəlidir və araşdırılır, bəzən silinir».

Qeyd edək ki, hazırda Azərbaycanda 400 min vergi ödəyicisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR