Azərbaycan və Dünya Bankı arasında yeni kredit sazişi imzalanıb
Hökumət tərəfindən layihənin icrası üçün əlavə olaraq ayrılacaq 28,5 mln. dollar da nəzərə alınmaqla, layihənin ümumi dəyəri 78,5 mln. dollar təşkil edir. Layihənin məqsədi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların iqtisadi özünə güvən hissinin yüksəldilməsidir.
Bankın məlumatında deyilir ki, hazırda Azərbaycan adambaşına götürüldükdə dünyada məcburi köçkünlərin ən çox təmərküzləşdiyi ölkələrdən biridir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan əhalisinin 7%-i məcburi köçkün şəraitində yaşayır. Məcburi köçkünlərin təxminən yarısının mənzil şəraiti ağır olaraq qalır. Dünya Bankının Azərbaycan hökuməti ilə apardığı son tədqiqatlar və təhlillər göstərir ki, yatırılmış investisiyalara baxmayaraq, məcburi köçkünlər hələ də əhalinin həssas təbəqəsi kimi qalır, onlar məcburi köçkün olmayan əhaliyə nisbətən daha yoxsuldur, daha çətin həyat şəraitinə malikdir və dolanışıq üçün hələ də dövlətin yardımına arxalanırlar. Bu layihə məcburi köçkünlərin yaşayış sahələri ilə təmin olunması üzrə dövlət proqramının dəstəklənməsi məqsədini güdür.
Yeni layihə DB-nın məcburi köçkünlərin dəstəklənməsi üçün icra olunmuş və Azərbaycanda 120 mindən çox məcburi köçkünün yararlandığı 400-dən çox mikro layihəni əhatə edən əvvəlki uğurlu layihələr üzərində qurulacaq. Bu layihə icma mikro layihələrini genişləndirərək, əsasən ictimai binalarda yaşayan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və əhalinin bu qrupunun gəlirlərinin artırılması üçün davamlı işlə təmin olunmasına xidmət edəcək.
Layihə 4 komponentdən ibarətdir. Bura ilk növbədə məcburi köçkünlərin cəmləşdikləri ərazilərdə infrastruktur mikro layihələri daxildir. Bu komponent çərçivəsində dəstəklənəcək təxminən 200 mikro layihədən 120-150 min insanın yararlanacağı gözlənilir. Digər komponent çərçivəsində məcburi köçkünlərin məskunlaşdığı 90-dan artıq ictimai binanın və yataqxananın bərpa və təmiri həyata keçiriləcək ki, bu da 30 minə yaxın məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına yardım edəcək. Layihənin gəlir imkanlarının dəstəklənməsi komponenti çərçivəsində 1 400-ə yaxın gənc peşə təlimi kurslarını başa vurduqdan sonra öz bizneslərinə başlamaq üçün qrant alacaq. Eyni zamanda 200-ə yaxın icma qrupu müvafiq təlimdən sonra kiçik biznes yaratmaq üçün maliyyə dəstəyi alacaq. Bundan başqa məcburi köçkünlərin gəlirlərinin artırılması fəaliyyəti çərçivəsində biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün 1 500-dək mikro kredit veriləcək.
Qeyd edək ki, Azərbaycanın Dünya Bankına üzv olduğu 1992-ci ildən etibarən Bank ölkəyə 44 layihə üçün təxminən 3,1 mlrd. dolları həcmində kredit ayırıb.
Maliyyə
İranda banklara növbəti kiberhücum olub
Azərbaycanda yeni BOKT yaradılıb
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Xəbər Lenti
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
Rubio: İranın bərpasına ayrılacaq vəsait təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb
Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
Azercell və "Samsung"dan yeni kampaniya!
Prezident bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib
İranda banklara növbəti kiberhücum olub
"Bloomberg": Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Prezident İlham Əliyevin sosial media hesabında Şuşada uşaqlarla görüş barədə paylaşım edilib - VİDEO
İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında memorandum imzalanıb
Azərbaycanda yeni BOKT yaradılıb
Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası işləri müzakirə olunub
"Politico": Ursula von der Leyen yenidən Ermənistana səfər edəcək
Tramp: Dünən Hörmüz boğazından 19 milyon barel neft daşınıb, bu, rekorddur
FHN DGK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - VİDEO
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə reabilitasiya xidməti göstərilib
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib