Bank Of Baku

Azərbaycan bank sektorunda real faiz dərəcələri manatla depozitlər 2,6%-ə, kreditlər üzrə 7,6%-ə enib

Azərbaycan bank sektorunda real faiz dərəcələri manatla depozitlər 2,6%-ə, kreditlər üzrə 7,6%-ə enib
# 16 noyabr 2011 11:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında manatla və xarici valyuta ilə kreditlər və depozitlər üzrə orta çəkili nominal faiz dərəcələrində əhəmiyyətli dəyişiklik baş verməyib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən yanvar-sentyabr ayları üzrə hazırlanan Maliyyə sabitliyi İcmalında deyilir.

İcmalda göstərilir ki, orta faiz dərəcələri depozitlər üzrə illik 11%, kreditlər üzrə isə 16-17% səviyyəsində olub. Sentyabr ayı ərzində yeni cəlb olunmuş depozitlər və verilmiş kreditlər üzrə faiz dərəcələri müvafiq olaraq illik 11% və 16% təşkil edib.

Real faiz dərəcələrində dövr ərzində azalma müşahidə edilib. Belə ki, cari ilin sentyabr ayında manatla depozit və kreditlər üzrə real faiz dərəcələri ötən ilin sentyabrı ilə müqayisədə müvafiq olaraq 5,6%-dən 2,6%-ə və 10,0%-dən 7,6%-ə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR