Bank Of Baku

Azərbaycan iqtisadiyyatı son bir ildə 0,3% artıb

Azərbaycan iqtisadiyyatı son bir ildə 0,3% artıb
# 17 noyabr 2011 10:17 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 27,8 mlrd. manatı və ya 68,4%-i məhsul istehsalı sahələrində, 10,5 mlrd. manatı, yaxud 25,7%-i xidmət sahələrində yaradılıb, 2,4 mlrd. manatı (5,9%-i) isə məhsula və idxala xalis vergilərin payına düşüb.

Hesabat dövründə adambaşına 4 499,7 manatlıq (5 693,7 ABŞ dolları) əlavə dəyər istehsal olunub.

Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8,6% artıb, neft sektorunda isə 7,8% azalıb.

Xatırladaq ki, Dünya Bankı 2011-ci il ərzində Azərbaycanda iqtisadi artım tempinin 4,2%, 2012-ci ildə - 4,1%, Avropa Yenidənqurma və İnkişaf Bankı hər iki il üçün 3%, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə - 2,8%, 2012-ci ildə - 2,5%, Asiya İnkişaf Bankı hər iki il üçün 5,8%, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2011-ci ildə - 3,5%, 2012-ci ildə - 4,1%, Azərbaycan hökuməti isə 2011-ci ildə - 0,9%, 2012-ci ildə isə 5,7% təşkil edəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR