Bank Of Baku

Azərbaycanda kiçik nominallı əsginasların buraxılması təklif olunur

Azərbaycanda kiçik nominallı əsginasların buraxılması təklif olunur
# 17 noyabr 2011 10:38 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu təkliflə millət vəkili Yevda Abramov çıxış edib: «Hazırda ölkədə 5 manatdan aşağı pul xırdalamaq mümkün deyil. Taksiyə minirsən, o da 5 manatdan başlayır. Ona görə də Mərkəzi Banka təklif edirəm ki, dövriyyəyə 2 və ya 3 manatlıq pul buraxsın. İndi buna böyük tələbat var».

Millət vəkili SSRİ dövründən qalma əmanətlərin qaytarılmasını da vacib sayır. Onun sözlərinə görə, hər il dövlət büdcəsindən 60-80 mln. manat ayırmaqla bu məsələni həll etmək mümkündür.

Deputat etiraf edib ki, seçiciləri ondan bu barədə soruşanda cavab verməyə söz tapmır: «Mən onlara dövlət qurumlarının terminologiyası ilə cavab verəndə, onlar məni başa düşmürlər».

Millət vəkili bu məsələnin həlli üçün indiyədək istifadə odunmuş müxtəlif üsullardan – istiqrazların buraxılması və ya onların mənzillə təmin edilməsi, bankda onların adına pul qoyulması və s. mexanizmlərdən istifadəni təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR