Bank Of Baku

Azərbaycanda «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin növbəti mərhələsi keçirilir

Azərbaycanda «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin növbəti mərhələsi keçirilir
# 22 dekabr 2011 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi»nin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq, məsləhətçi şirkətin seçilməsi üçün tender prosesinin ilkin mərhələsi həyata keçirilib.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir.

Layihədə iştirakla əlaqədar ümumilikdə 22 inkişaf etmiş ölkədən, o cümlədən ABŞ, Almaniya, Fransa, İsveç, Türkiyə, Avstraliya, Yaponiyadan 46 təşkilatın iştirakı ilə 20 maraqların ifadəsi daxil olub.

Qiymətləndirmə nəticəsində 6 təşkilat («Corporate Solutions», «Deloitte & Touche», «DLA Piper», Türkiyə Kapital Bazarları Şurası, «NASDAQ OMX», «Adetef») müəyyən edilib və qısa siyahıya salınıb.

Növbəti mərhələdə qeyd olunan təşkilatlar öz maliyyə və texniki təkliflərini QKDK-ya təqdim etməlidir və bundan sonra layihənin icrası üçün bir təşkilat seçiləcək.

Qeyd edək ki, layihənin icrası üçün DB Azərbaycan hökumətinə 12 mln. ABŞ dolları həcmində kredit ayırıb. Eyni zamanda, layihənin icrasına İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən daha 3 mln. dollar ayrılıb. «Kapital bazarlarının modernləşdirilməsi Layihəsi» 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və DB tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR