Bank Of Baku

Azərbaycanda Sığorta Akademiyası yaradılır

Azərbaycanda Sığorta Akademiyası yaradılır
# 22 dekabr 2011 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) «İrəli» İctimai Birliyi, «Standard Insurance» və «Qarant Sığorta» şirkəti ilə birgə «Sığorta Akademiyası» layihəsinin icrasına başlayır.

DSNX-dən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində iştirakçılar sığorta şirkətlərinin mütəxəssisləri tərəfindən 3 ay müddətində keçiriləcək intensiv kurslara qatılacaq, praktika keçəcək və layihənin sonunda ölkənin ən böyük sığorta şirkətlərində işlə təmin olunma imkanı qazanacaqlar.

Layihədə iştirak etmək istəyənlər CV-ni 2012-ci il yanvarın 8-dək [email protected] ünvanına göndərə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR