Bank Of Baku

«Bakcell» istiqrazların yerləşdirilməsinə başlayır

«Bakcell» istiqrazların yerləşdirilməsinə başlayır
# 26 dekabr 2011 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 27-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» MMC-nin istiqraz emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 40 mln. manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edəcək. İstiqrazların tədavül müddəti 1 080 gün, faiz ödəniş dövrünün müddəti 90 gün, istiqraz üzrə gəlirlik isə illik 9,5% təşkil edir.

Qeyd edək ki, «Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR