Bank Of Baku

«AzSığorta» icbari sığorta növləri üzrə polislərin satışına başlayır

«AzSığorta» icbari sığorta növləri üzrə polislərin satışına başlayır
# 26 dekabr 2011 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti yanvar ayından etibarən yeni qəbul olunmuş icbari sığorta növləri üzrə sığorta polislərinin satışına başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Vasif Zakirov bildirib.

V.Zakirovun sözlərinə görə, şirkət «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növlərinin tətbiqi ilə bağlı İcbari Sığorta Bürosuna da üzv olub. «Şirkət Büroya üzvlük haqqı kimi 200 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növündən istifadəyə görə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» üzrə 100 min manat və «Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə isə 100 min manat vəsait ödəyib. Bu növlər üzrə sığorta polislərinin satışına isə gələn ilin yanvarında start veriləcək. Sığorta polislərinin satışının ləngiməsi Büroda aparılan texniki hazırlıq işləri ilə bağlıdır», - deyə V.Zakirov bildirib.

Qeyd edək ki, «İcbari sığortalar haqqında» qanunun tətbiqinə 2011-ci il dekabrın 16-dan başlanılıb.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR