Bank Of Baku

«Fidan Sığorta» şirkəti fəaliyyətini bərpa etməyə hazırlaşır

«Fidan Sığorta» şirkəti fəaliyyətini bərpa etməyə hazırlaşır
# 27 dekabr 2011 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən lisenziyasının qüvvəsi dayandırılmış «Fidan Sığorta» şirkəti növbəti ilin fevral ayınadək lisenziyasını bərpa etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş sığorta mütəxəssisi Əli Vəliyev bildirib.

Ə.Vəliyevin sözlərinə görə, maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunması ilə bağlı şirkətin lisenziyasının qüvvəsi Maliyyə Nazirliyi tərəfindən 6 ay müddətinə dondurulub: «Bu müddət ərzində şirkətin Direktorlar Şurası və İdarə Heyəti tərəfindən yaranmış problemin aradan qaldırılmasına, həmçinin lisenziyanın qüvvəsinin bərpasına cəhd olacaq. İnanırıq ki, növbəti ilin fevralınadək bu problem həllini tapacaq».

Xatırladaq ki, Maliyyə Nazirliyinin müvafiq əmri ilə şirkətin lisenziyasının qüvvəsi 2011-ci il avqustun 19-dan dayandırılıb. Buna səbəb şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi olub.

Qeyd edək ki, təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkət 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərib. Şirkətinin nizamnamə kapitalı 1,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR