Bank Of Baku

«Xalq Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Xalq Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 27 dekabr 2011 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) «Xalq Bank» ASC-nin adi adlı sənədsiz səhmlərinin əlavə emissiyacının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 38,7 manat, sayı 1 488 300 ədəd, emissiyanın ümumi həcmi isə 57 597 210 manat təşkil edir.

«Xalq Bank»ın səhmlərinin yerləşdirilməsində andderayter rolunda «ADB Broker» şirkəti çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 69,5% artaraq 140,492 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın aktivləri 700,684 mln. manat, kredit portfeli 532,012 mln. manat, depozit portfeli 482,148 mln. manat, məcmu kapitalı 90,342 mln. manat, o cümlədən nizamnamə kapitalı 82,895 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR