Bank Of Baku

ABŞ konqresmenlərinin gəlirləri 3 dəfə sürətlə artır

ABŞ konqresmenlərinin gəlirləri 3 dəfə sürətlə artır
# 27 dekabr 2011 12:43 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da varlılar və kasıblar arasındakı fərq 25 il ərzində kəskin səviyyədə artıb.

APA-Economics”in “The Washington Post”a istinadən xəbərinə görə, bu, daha çox adə amerikalılar və onların Konqresdəki təmsilçiləri - Nümayəndələr Palatasının üzvlərinin gəlirlərinin müqayisəsində daha aydın görünür.

Konqresin aşağı palatası üzvlərinin şəxsi sərvəti 1984-2009-cu illərdə ildə 280 min dollardan 725 min dollara yüksəlib. Bura daşınmaz əmlakın dəyəri daxil deyil. Bunun müqabilində isə sadə amerikalıların maddi imkanı azalaraq, 20,6 min dollardan 20,5 min dollara enib. Yəni konqresmenlərin gəlirləri 25 ildə 3 dəfə sürətlə artıb.

“The Washington Post” son illər ABŞ-da seçki kampaniyasının dəyərinin də əhəmiyyətli dərəcədə artdığını xatırladır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR