Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi 2012-ci ilin ortalarında başa çatdırılacaq

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi 2012-ci ilin ortalarında başa çatdırılacaq
# 28 dekabr 2011 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankında (ABB) dövlət payının özəlləşdirilməsi üzrə məsləhətçi kimi çıxış edən «PricewaterhouseCoopers Audit Azerbaijan» və «Salans UK» şirkətlərinin konsorsiumu layihənin birinci mərhələsi üzrə işlərini başa çatdırıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, belə ki, maliyyə və hüquqi məsələlərin təhlili, ölkənin bank qanunvericiliyinin təhlili, ABB-nin özəlləşdirmə məqsədləri üçün mövcud olan qanunvericiliyin optimallaşdırılmasına dair təkliflərin hazırlanması, bankın perspektiv inkişafına və onun rəqabətliyinin artırılmasına dair təkliflərin hazırlanması və s. işlər həyata keçirilib.

Bundan əlavə özəlləşdirmənin əsas prinsipləri, Bankın qiymət diapazonu, gələcək əqdin optimal qiyməti, səhmlərin özəlləşdiriləcək payı və satışın şərtləri müəyyənləşdirilməlidir.

Layihənin ikinci mərhələsində özəlləşdirmə üçün zəruri olan sənədlərin hazırlanması və potensial alıcıların siyahısının müəyyən edilməsi nəzərdə tutulur. Sonuncu mərhələdə isə Bankın səhmlərinin özəlləşdirilən hissəsinin satışının rəsmiləşdirilməsi həyata keçiriləcək. Layihənin qrafiki üzrə sonuncu mərhələni nəzərə almaqla bütün layihə 2012-ci ilin ortalarında başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR