Bank Of Baku

Daha iki maliyyə təşkilatı Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv olub

Daha iki maliyyə təşkilatı Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv olub
# 28 dekabr 2011 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMA) daha iki maliyyə təşkilatı üzv olub. Bu, «Muğan Bank» ASC və «Finans Leasing» şirkətidir. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, bununla da quruma üzv olan maliyyə təşkilatlarının ümumi sayı 29-a, o cümlədən bankların sayı 9-a, lizinq şirkətlərinin sayı 2-yə çatıb, qalanları isə mikromaliyyə təşkilatlarıdır.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR