Bank Of Baku

Çində qızıl ticarəti kəskin məhdudlaşdırılıb

Çində qızıl ticarəti kəskin məhdudlaşdırılıb
# 28 dekabr 2011 09:41 (UTC +04:00)
Bakı - APA-Economics. Çin Xalq Bankı ölkədə qızılla ticarəti əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bundan sonra qiymətli metal külçələrini yalnız fond birjasında və Şanxaydakı fyuçerslər birjasında satmaq mümkün olacaq.

Bank bu qərarını ölkədə qiymətli metal ticarətini qaydaya salmaq zərurəti, eləcə də qızılla bağlı spekulyasiyaların doğurduğu risklərlə izah edib.

Qeyd edək ki, dünya bazarında qızıla tələbat bu ilin sentyabr ayından kəskin artıb. Buna səbəb qızılın ucuzlaşmağa başlamasıdır. Təkcə 2011-ci ilin III rübündə dünya ölkələrinin mərkəzi bankları 140 ton qızıl alıb ki, bu da son 40 il ərzində rekord göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR