Bank Of Baku

Azərbaycanda avtomobillərin icbari sığortası şəhadətnaməsinin yeni forması təsdiqlənib

Azərbaycanda avtomobillərin icbari sığortası şəhadətnaməsinin yeni forması təsdiqlənib
# 28 dekabr 2011 10:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin yeni forması təsdiq edilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin forması müvafiq qanunvericilik aktı ilə təsdiq edilib.

Qeyd edək ki, yeni sığorta şəhadətnaməsinin təsdiqi 2011-ci ilin dekabrın 16-da qüvvəyə minən «İcbari sığortalar haqqında» qanunun tətbiqi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR