Bank Of Baku

Ukrayna Milli Bankı «Xəzri» pulköçürmə sisteminin tətbiqinə razılıq verib

Ukrayna Milli Bankı «Xəzri» pulköçürmə sisteminin tətbiqinə razılıq verib
# 28 dekabr 2011 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ukrayna Milli Bankı ölkədə «Xəzri» sistemi üzrə pul köçürmələrinin həyata keçirilməsinə rəsmən razılıq verib. Sistemi yaradan Azərbaycanın «Kapital Bank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə Ukrayna Milli Bankının rəsmi məlumatında bildirilir.

Məlumata əsasən, «Xəzri»nin üstünlüyü aşağı tariflər və köçürmələrin sadəliyidir. Bu pulköçürmə sistemini digər sistemlərdən müsbət mənada fərqləndirən amillər tapşırığın qısa zamanda icrası (10 dəqiqə ərzində), komisyon haqqın minimal səviyyədə - köçürülən məbləğin cəmi 1,5% həcmində olması, bütün regionların əhatəsi və köçürmənin sadə qaydada rəsmiləşdirilməsidir.

Xatırladaq ki, 2010-cu ildən «Xəzri» sistemi Rusiyanın bəzi bölgələrində də tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR