Bank Of Baku

«AXA-Mbask» şirkəti icbari sığorta növləri üzrə sığorta polislərinin satışına başlayıb

«AXA-Mbask» şirkəti icbari sığorta növləri üzrə sığorta polislərinin satışına başlayıb
# 28 dekabr 2011 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti yeni qəbul olunmuş icbari sığorta növləri üzrə sığorta polislərinin satışına başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq icbari sığorta növləri üzrə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən müvafiq lisenziya da alınıb. Belə ki, «AXA-Mbask» şirkəti avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarçısı ilə bağlı icbari sığortaya dair lisenziyalara malikdir. Şirkət İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib və müvafiq sığorta növlərinin blanklarını əldə edib.

İcbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçiriləcək. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə on-line rejimində buraxılacaq.

Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR